Moskvada qurbangahlar yaradıldı

Moskvada qurbangahlar yaradıldı
  01 Oktyabr 2013    Oxunub:1114
Moskvada qurban kəsilməsi üçün paytaxtdan kənarda xüsusi yerlər ayrılıb.
Dünyanın dörd bir tərəfində müsəlmanlar Qurban bayramını qeyd etməyə hazırlaşır. O cümlədən Rusiyada. Bayram paytaxt Moskvada böyük təntənə ilə qeyd ediləcək. Amma qurban kəsmək istəyənlər üçün paytaxtda bəzi qadağalar tətbiq edilib. Əslində Qurban bayramında Moskvanın küçələrində heyvan kəsilməsilə bağlı narahatlıqlar uzun illərdir ki, mövcuddur. Bunun üçün şəhərdə xüsusi yerlər olmadığından qurbanlar harda gəldi kəsilirdi ki, bu da şəhər sakinlərinin narazılığına səbəb olurdu.

Rusiya Müftilər Şurasının qərarına əsasən qurbanlıq heyvanlar yalnız Moskvaətrafı qəsəbələrdə qurulmuş xüsusi yerlərdə kəsilə bilər. Qurban kəsmək üçün artıq 24 yer hazırlanıb. Bayrama qədər heyvan kəsimi üçün nəzərdə tutulmuş meydançaların sayının 30-a çatdırılacağı gözlənilir. Rusiya Müftilər şurasının sədr müavini Ruşan Abyasov deyir, bu gün qərar qəbul edildi ki, qurbanlar şəhər kənarında kəsilsin:

"Moskva ətrafında artıq sanitar və ekoloji tələbatlara tam cavab verən xüsusi yerlər, fermalar qurulub. Müsəlmanlar həmin yerlərə gələrək qurbanlarını kəsə bilərlər. Ora gəlmək imkanı olmayan Moskva sakinləri də nəzərə alınıb. Belə ki,Yaşlı, səhhətində problemi olan adamlar, təqaüdçülər Əvvəldən sifariş verə bilərlər. Sifarişli heyvanlar bayramın 3 günü ərzində kəsiləcək və sifarişçiyə evində çatdırılacaq". Gələcəkdə Moskva daxilində qurban kəsilmək üçün xüsusi yerlər qurula bilərmi sualına din xadiminin cavabı ümidverici olmadı.

Şura rəsmisinin fikrincə, əgər şəhər daxilində torpaq sahəsi ayrılsa bu, ilk növbədə Məsçid tikintisi üçün istifadə ediləcək. Şəhərdə ən azı 14 Məsçidə ehtiyac olduğu halda cəmi 4 ibadət evi mövcuddur. Qeyd edək ki, Rusiyada əhalinin 7%-i Islam dininə mənsubdur. Paytaxt Moskvada yaşayan müsəlmanların sayı isə 3 milyona yaxınlaşır.

AzVision.az


Teqlər:





Xəbər lenti