Vatikan bankı ilk dəfə hesabat verdi

Vatikan bankı ilk dəfə hesabat verdi
  01 Oktyabr 2013    Oxunub:1265
Vatikan bankı ilk dəfə fəaliyyəti haqqında illik hesabatını təqdim edib.
AzVision.az xəbər verir ki, bu addım maliyyə şəffaflığının artırılması proqramı çərçivəsində atılıb. Bank cari ildə islahatlara və faiz dərəcələrinin artımına görə böyük xərclər proqnozlaşdırır. Bank müştərilərin hesablarını yoxlamağa və pulların qanunsuz mənimsənilməsinə qarşı prosedurları davam etdirir.

Bu il xarici səfirliklərin hesabları daxil olmaqla təxminən 900 hesab bağlanacaq. Bank bildirib ki, İran, İraq və İndoneziyanın diplomatik nümayəndələri vasitəsilə iri miqyaslı köçürmələr aparılıb. Vatikan bankının yeni tədbiri statusundan asılı olmayaraq bütün müştərilərə şamil ediləcək.

2012-ci ildə bankın gəliri dörd dəfə artaraq 86,6 milyon avronu keçib. Hazırda 18900 adam bankın xidmətlərindən istifadə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti