Təbrizdə də seçki məntəqəsi yaradılıb

Təbrizdə də seçki məntəqəsi yaradılıb
  02 Oktyabr 2013    Oxunub:1145
Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İran İslam Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının səsverməsini təmin etmək məqsədilə Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunda yaradılmış seçki məntəqəsində hazırlıq işləri başa çatdırılmaq üzrədir.
Baş konsulluqda səsvermənin azad, ədalətli və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılmış, seçki məntəqəsi səsvermə üçün zəruri olan seçki materialları və avadanlıqla təchiz olunub, seçici siyahısı dəqiqləşdirilib.

İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikası baş konsulluğunun dairəsində daimi yaşayan, hazırda konsulluq qeydiyyatında olan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 88 nəfər təşkil edir.


Teqlər:





Xəbər lenti