Dizayn ikonalarının məhsulları Bakıda - FOTOLAR

Dizayn ikonalarının məhsulları Bakıda - FOTOLAR
  01 Mart 2018    Oxunub:4225
Bakıda İtaliya Dizayn Günü çərçivəsində “70 illik səyahət: İtaliya Dizaynı 50-ci illərdən bu günə” adlı sərgi keçirilib.
AzVision.az xəbər verir ki, sərgidə Smeg, Piaggio, Ferrari, Lamborghini, Ducati, Alfa Romeo, Giorgio Armani, Dolce&Gabbana, Prada, Fendi, Ermanno Scervino, Valentino kimi dizayn ikonalarının məhsulları nümayiş olunub.



Açılış mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bildirib ki, Bakıda İtaliya Dizayn gününün keçirilməsi Azərbaycan və İtaliya arasında dizayn və memarlıq sahəsində əməkdaşlıq üçün olduqca önəmlidir. Səfir qeyd edib ki, bu cür tədbirlər iki ölkə arasında gələcək əməkdaşlığı gücləndirəcək.



Qeyd edək ki, Bakıda İtaliya dizaynına həsr olunmuş 2-ci Beynəlxalq İtaliya Dizayn Günü keçirilir. Tədbirin məqsədi İtaliya mədəniyyətinin və iqtisadiyyatının mühüm sahəsi hesab olunan İtalyan dizaynının mükəmməlliyini qeyd etməkdir.



Tədbir “Bakının gözəlliyi və onun gələcəyi: müasir iş dünyalarında interyer dizayn” və “Bakının gözəlliyi və onun gələcəyi: inteqrasiya olunmuş şəhər memarlıq layihəsi” başlıqlı iki dəyirmi masa ilə Bakı Media Mərkəzində davam edəcək.



Dəyirmi masalarla yanaşı tədbir zamanı italyan və azərbaycan şirkətlərinin iştirak etdiyi 100-ə yaxın B2B görüşlər nəzərdə tutulub. Həmin görüşlərdə iştirak etmək üçün Pibamarmi, Polistudio, Monkey du, Studio Pironi, Federlegno, Kubedesign, 4dimension, Studio Ape və CNAPPC italyan şirkətlərindən ibarət heyət Bakıya işgüzar səfər təşkil edib.





















Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: İtaliya   Səfirlik   Dizayn  





Xəbər lenti