ABŞ iqtisadiyyatı təhlükə altında

ABŞ iqtisadiyyatı təhlükə altında
  02 Oktyabr 2013    Oxunub:1096
Obama konqresə müraciət edərək borc limitinin artırılmasını xahiş edib
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama konqresə müraciət edərək, borc limitinin artırılmasını xahiş edib.

O bildirib ki, respublikaçılarla demokratlar arasında böyük fikir ayrılığına səbəb olan məsələ bütün Amerika iqtisadiyyatını təhlükə altında qoyur. Fərqli düşüncə mənsublarının qərarsızlığı ölkəyə baha başa gələ bilər.

"Ağ ev" rəhbəri əmindir ki, borc limitinin artırılması Amerika iqtisadiyyatına heç bir əlavə yük gətirməyəcək. Obama respublikaçıları tənqidə tutmaqdan da çəkinməyib.

O, iddia edib ki, məhz respublikaçıların məsələyə düzgün yanaşmaması Birləşmiş Ştatların dövlət müəssisələrinin müvəqqəti olaraq bağlanmasına səbəb olub.


Teqlər:





Xəbər lenti