Şahmatçılarımız çempinatda uğurla iştirak edirlər

Şahmatçılarımız çempinatda uğurla iştirak edirlər
  02 Oktyabr 2013    Oxunub:1464
Monteneqronun Budva şəhərində 8-18 yaşlı yeniyetmələr arasında 23-cü Avropa Çempionatı keçirilir.
Azərbaycan Şahmat Federasiyasından AzVision.az-a verilən məlumata görə, zərTAc-a bildirmişlər ki, 35-ə yaxın ölkədən 1000-dən artıq zəka sahibinin öz qüvvəsini sınadığı çempionatda ölkəmizi 28 şahmatçı təmsil edir.

Çempionatın üçüncü turundan sonra 8 yaşlı oğlanlar arasında təmsilçimiz Aydın Süleymanlı üç xal toplayaraq liderlər qrupundadır. Ümüd Aslanov və Sənan Əliyev isə hesablarına iki xal yazdırıblar.

Turnirin 10 yaşlı oğlanlar arasında Məhəmməd Muradlı hələlik məğlubiyyətsiz irəliləyir. Həmyerlimizin üç oyundan üç xalı vardır. Eyni yaşlı qızlar arasında isə Gövhər Beydullayeva 2,5 xal toplayaraq onuncu yerdədir.

Xanım Balacayeva hesabında üç xalla 12 yaşlı qızlar arasında yüz faizlik nəticə göstərmişdir. Eyni yaşlı oğlanlar arasında isə Rəvan Əliyev 2,5 xalla altıncı yerdədir.

Çempionatda 14 yaşlılar arasında Günay Məmmədzadə və Aydan Höcdətova üç xalla ikinci və altıncı yerin sahibidirlər.

Çempionat İsveçrə sistemi üzrə doqquz turdan ibarət olaraq keçirilir və oktyabrın 9-da başa çatacaq.


Teqlər:  





Xəbər lenti