Könül Xasıyeva: “Xalqımla vidalaşacağam...”

Könül Xasıyeva: “Xalqımla vidalaşacağam...”
  12 Mart 2018    Oxunub:6442
“Hazırda özümü yaxşı hiss edirəm. Müalicələri ev şəraitində davam etdirirəm”
Bunu AzVision.az-a Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə qəbul etdiyi müalicələrdə irəliləyiş olduğunu bildirib.

“Mən və oğlum həmişə müalicə alacağıq. Problemimiz elədir ki, ömrümüzün sonuna kimi dərmanla yaşayacağıq. Səhhətimdə irəliləyiş var. Tutulan əl və ayağım, nitqim açılıb. Bir az ləngimə qalıb, o da ümid edirəm ki, düzələcək. Oğlum Kazımın da xəstəliyi səngiyib, məktəbə rahat gedə bilir. Ancaq xəstəliyi şiddətlənəndə dərslərindən geri qalır”.

Xalq artisti tamaşaçılarına vida konserti verəcəyini söyləyib: “Martın 16 , 17 və 18-də xalqımla vidalaşacağam. Çünki artıq solo konsertlər verməyə gücüm qalmayıb. Martın 17-də 50 yaşım tamam olur. 50 illiyimi tamaşaçılar arasında keçirəcəyəm. Konsertimə bir çox sənət yoldaşlarımı dəvət etmişəm, onlar da qatılıb mənə dəstək olacaqlar. Konsertə qədər evdən çölə çıxmıram ki, qripə yoluxmayım. Sağlamlığımın qeydinə qalıram”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Könül-Xasıyeva  





Xəbər lenti