Turistləri diri-diri yandırdılar

Turistləri diri-diri yandırdılar
  04 Oktyabr 2013    Oxunub:1239
Turistlərin sevdiyi adada yerli uşağın itməsi çaxnaşma yaradıb.
Madaqaskarda özündən çıxmış yerli sakinlər insan orqanı qaçaqmalçılığında şübhələndikləri iki avropalını diri-diri tonqalda yandırıblar. AzVsison.az xəbər verir ki, “BBC”yə istinadən bildirir ki, buna səbəb kənddə bir gün öncə uşağın itməsi olub.

Hadisə turistlərin arasında çox populyar olan Nusi-Be adasında olub. Uşağın itməsi ilə bağlı polis dünən yerli kişini həbs edib. Polis bölməsinin yanına yığılmış kütlə çaxnaşma yaradıb. Onların fikrincə, həbs edilmiş kişi pul xatirinə uşağı yararaq orqanını çıxarıb. Daha sonra nümayişçilər xariciləri ovlamağa başlayıblar.

Hakimiyyətin məlumatına görə, yandırılanlar Fransa vətəndaşları olublar, amma şahidlər iddia edirlər ki, onlardan biri italyan olub.


Teqlər:





Xəbər lenti