“Eurovision”ın qalibi vəfat etdi

“Eurovision”ın qalibi vəfat etdi
  25 Mart 2018    Oxunub:2278
“Eurovision” mahnı müsabiqəsinin ilk qalibi, İsveçrənin tanınmış müğənnisi Lis Assia vəfat edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən yarışda qalib olan 94 yaşlı müğənni Sürix şəhərində xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Lis Assianın “Eurovision”da ifa etdiyi “Refrain” mahnısı ona populyarlıq qazandırıb. O, Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsində fəxri qonaq qismində iştirak edib.

AzVision.az


Teqlər: Eurovision  





Xəbər lenti