İran ABŞ-yə etimad etmir

İran ABŞ-yə etimad etmir
  05 Oktyabr 2013    Oxunub:1166
İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkə prezidenti Həsən Ruhaninin ABŞ səfərinə münasibət bildirib.
AzVsison.az -ın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, ayətullah Xamneyi deyib ki, İranın dövlət rəsmilərinin Nyu-York səfəri zamanı həyata keçirdiyi diplomatik fəaliyyəti dəstəkləyir: «Ümumiyyətlə, diplomatik səyləri mühüm sayırıq. Ancaq amerikalılara heç etimad etmirik. Çünki ABŞ rəhbərliyi etibarsız, özünü hər kəsdən üstün tutan və sözünə əməl etməyən bir rəhbərlikdir. Onlar beynəlxalq sionizmin təsir dairəsindədir. Ona görə də ABŞ rəhbərliyi sionistlərin xətrinə bu qəsbkar rejimlə (İsrail) birlikdə addımlamağa və yumşaq mövqe nümayiş etdirməyə məcburdur».

Ali dini lider İran xalqının düşmənlərinin iyrənc təhdidlərini eşitdiklərini deyərək, hər cür təhdidə qarşı ciddi və ağır cavab veriləcəyini vurğulayıb.


Teqlər:  





Xəbər lenti