Davudoğlu: Əsəd suriya xalqından üzr istəməlidir

Davudoğlu: Əsəd suriya xalqından üzr istəməlidir
  06 Oktyabr 2013    Oxunub:1098
Suriya prezidenti Bəşər Əsədin Türkiyəni tənqid etmək hüququ yoxdur. AzVsison.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri şənbə günü Tiranada keçirilən mətbuat konfransında bildirib.
"Əsəd öz xalqı üzərində zorakılıq edən, ona qarşı kimyəvi silahdan istifadə edən prezidentdir və onun Türkiyəni tənqid etmək hüququ yoxdur. Onun dediklərində heç bir həqiqət yoxdur", - Davudoğlu bildirib.

Nazirin sözlərinə görə, Əsəd əvvəlcə özü Suriya xalqından üzr istəməlidir.

"Türkiyə sülhün bərqərar olması üçün hər şeyi edir və edəcək", - XİN rəhbəri bildirib.


Teqlər:





Xəbər lenti