Hakerlər “Despacito”nu sildi – 5 milyard insan baxmışdı

Hakerlər “Despacito”nu sildi –  5 milyard insan baxmışdı
  10 Aprel 2018    Oxunub:10734
Perudan olan ifaçı Luis Fonsinin “Despacito” mahnısına çəkilən klipi “Youtube” şəbəkəsindən yoxa çıxıb.

AzVision.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, video haker hücumundan sonra yoxa çıxıb. Ehtimallara əsasən, hakerlər Fonsi, Şakira, Teylor Svift və Dreyk kimi məşhurların kliplərinin yerləşdirildiyi Vevo hostinqində musiqi hesablarını sındırıb. “Despacito”nun əvəzinə “Youtube”da maskada olan naməlum şəxslərin silah tuşlamasını əks etdirən videosu yerləşdirilib.

Qeyd edək ki, “Despacito” “Youtube” tarixində ən çox baxılan videodur. Bu video 5 milyardan çox baxış yığmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Despacito   Fonsi  





Xəbər lenti