İranda nüvə zavodunda sabotaj

İranda nüvə zavodunda sabotaj
  06 Oktyabr 2013    Oxunub:1155
İranda nüvə zavodunda təxribatın qarşısı alınıb.
İran nüvə sənayesini sabotaja cəhd edən dörd nəfərin həbs olunduğunu açıqlayıb. AzVsison.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, İranın atom enerjisi üzrə rəsmisi Əli Əkbər Salehi həbslərlə bağlı açıqlama verib.

Salehi bunları deyib: “Bu yaxınlarda aşkarladıq ki, bir neçə nəfər nüvə zavodunda təxribat hazırlayır. Biz onlara hazırlıq fəaliyyətini davam etdirməyə imkan verdik ki, daha çox məlumat toplayaq. Onların həbsi vaxtında baş verib və indii dindirmələr aparılır”.

Təxribatın hansı obyektdə hazırlandığı məlum deyil.


Teqlər:





Xəbər lenti