Çində fövqəladə vəziyyət elan edildi

Çində fövqəladə vəziyyət elan edildi
  07 Oktyabr 2013    Oxunub:1425
Çində təbii fəlakətlər bir-birini əvəz edir.
İndi də yaxınlaşmaqda olan Fitov qasırğası ölkəyə ciddi təhlükə törədir. Təbii fəlakətin mümkün miqyasını nəzərə alan hökumət Fuçien və Çiçianq vilayətlərində fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalıb. Şimal-şərq ərazilərdən 400 mindən artıq insan təhlükəsiz ərazilərə köçürülüb.

Fuçien Meteoreologiya İdarsindən bildirilib ki, qasırğa sürətlə Fudinq şəhərinə yaxınlaşır. Bölgədəki 65 min balıqçı qayığına isə təcili olaraq sahilə qayıtmaq tövsiyyə olunub. Təbii fəlakət turizmə də ciddi ziyan vurub. Qasırğanın baş verdiyi əyalətlərdə bütün dəmir yolu və təyyarə reysləri təxirə salınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti