Ermənistanda sibir xorası yayılıb

Ermənistanda sibir xorası yayılıb
  08 Oktyabr 2013    Oxunub:1137
Sürətlə yayıla bilən infeksiyaya yoluxmaqda şübhəli bilinən 15 nəfər xəstəxanaya yerləşdirilib.
Ermənistanın Loriy və Şirak vilayətlərində sibir xorasına yoluxmaqda şübhəli bilinən 15 nəfər xəstəxanaya yerləşdirilib. AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, təhlükəli infeksiyanın simptomları hələ oktyabrın 4-də Artaqyux kəndində aşkarlanıb. Labarator araşdırmalardan sonra yeddi kənd sakinində sibir xorasının dəri növünün olduğu təsdiqlənib. Epidemiya əleyhinə görülən tədbirlərdən sonra xəstələrin ölmüş ev heyvanlarının ətindən yoluxduğu ehtimal olunur.

Qeyd edək ki, Sibir xorası – əsas mənbəsi ev heyvanları olan və sürətlə yayılan bilən kəskin infeksiya növü hesab olunur.


Teqlər:





Xəbər lenti