ABŞ-ın Azərbaycan siyasəti tənqid olundu

ABŞ-ın Azərbaycan siyasəti tənqid olundu
  08 Oktyabr 2013    Oxunub:959
Aleksandros Petersenin “Qafqaz regionunda əksliklər” adlı məqaləsi dərc edilib .Müəllif Azərbaycanın siyasi və iqtisadi uğurlarını məqalədə qeyd edib
Müəllif Azərbaycanın Qərblə davamlı tərəfdaşlığı və Ermənistanın müstəqil olmaması faktını qeyd edərək Birləşmiş Ştatların bu iki ölkəyə eyni münasibət bəsləməsini tənqid edir.

Ekspert yazır ki, Azərbaycan əsgərləri Amerikanın Əfqanıstanda və İraqdakı missiyalarında iştirak ediblər, Bakı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirici elementdir. Məqalədə qeyd olunur ki, erməni lobbiçilərinin ABŞ Konqresində çox güclü dostları var, lakin bu, ABŞ-ın hər iki ölkəyə münasibətdə eyni siyasət yeritməsinə əsas verməməlidir.

Müəllif Azərbaycanın siyasi və iqtisadi uğurlarını, Ermənistanın tənəzzülə uğramasını təhlil edərək Birləşmiş Ştatları Cənubi Qafqazda fəallıq göstərməyə və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rol oynamağa çağırır.

AzVision.az


Teqlər:





Xəbər lenti