72 nəfər ölüb, 100 yaralı var

72 nəfər ölüb, 100 yaralı var
  08 Oktyabr 2013    Oxunub:1022
İraqda məzhəblərarası mübarizə davam edir.
Paytaxt Bağdadda ardıcıl törədilən 9 partlayış nəticəsində ölənlərin sayı 72-ni ötüb. Daha 100 iraqlı isə yaralanıb. Baş verənlərə görə məsuliyyəti hələ ki, heç bir təşkilat üzərinə götürməsə də, hakim dairələr terror aktlarında Əl-Qaidənin əlinin olduğunu güman edir. Bildirilir ki, ölənlər arasında dini məktəbin 10 şagirdi də var.

Qeyd edək ki, uzun zamandır vətəndaş müharibəsi şəraitində yaşayan ölkədə baş verən zorakılıq hadisələri tədricən yerini məzhəb davasına verməyə başlayıb. Təkcə sentyabr ayında bu zəmində öldürülən insanların sayı min nəfərə yaxın olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti