Bir gecədə 20 avtomobil yandırıldı
Polis rəsmisi bildirib ki, insidentə hökumətin təhsil sahəsində həyata keçirdiyi islahatlara etiraz əlaməti olaraq Tuluzda təşkil edilən nümayiş zamanı iğtişaş törətməyə cəhd göstərən gənclərdən bir neçəsinin həbsi səbəb olub. Hələlik şəxsiyyətləri müəyyən edilməyən naməlum şəxslər bundan qəzəblənərək küçələrdəki avtomobillərə od vuraraq yandırıblar. Avtomobillərin yararsız vəziyyətə düşdüyü bildirilir.
Polis cinayətkarların axtarışına başlayıb.
Teqlər: