Rusiya hərbi xərcləri artırır

Rusiya hərbi xərcləri artırır
  09 Oktyabr 2013    Oxunub:1270
Hesabatda hərbi sahəyə ayrılan xərclərin daha 60 % artırılacağı qeyd olunub
Rusiya parlamentinin alt qanadı Duma Müdafiə Komissiyasının hesabatına görə, Moskva növbəti 3 ildə nüvə silahına olan xərcləri artıracaq. AzVsison.az xarici mətbuata istinadən xəbər verir ki, bu il üçün nüvə silahına sərf edilən 29 milyard rubl 2016-cı ildə 46 milyard rubla yüksəldiləcək. Həmin illər üçün hərbi sahəyə artırılan xərclər isə daha 60 faiz çoxaldılaraq 3,8 trilyon rubl təşkil edəcək. Bu il üçün 2,1 trilyon rubl təşkil edən hərbi xərclərin artırılması qarşıdakı 3 ildə hər il olmaqla mərhələli şəkildə həyata keçiriləcək.

Nəzərdə tutulan illər ərzində rus ordusunun modernləşdirilməsi və nüvə silahlarının inkişaf etdirilməsi qarşıda duran əsas prioritetlər sırasında yer alıb. Müasirləşdirmə əsasən nüvə mərmiləri, uzun mənzilli və qitələrarası raketlər sahəsində aparılacaq.

2015-2016-cı illər büdcə layihəsinə əsasən artan büdcə kəsirlərinə nəzər saldıqda həmin illər üçün bu rəqəmlər 12 milyard dollardan 25 milyard dollara yüksələcək.

Dövlət büdcəsi ilə bağlı açıqlamasında baş nazir Dmitri Medvedyev 2014-cü il üçün dövlət büdcəsinin normal və stabil olduğunu və qarşıdakı 2 ildə isə büdcə xərclərində 5%-ə qədər ixtisarlara gedilə biləcəyini söyləyib.

Prezident Vladimir Putin də artan büdcə kəsirlərindəki yüksək rəqəmlərlə bağlı verdiyi açıqlamasında xərclərdə ixisara getməyin vacib olduğunu bildirib.


Teqlər:





Xəbər lenti