Tikiş fabrikində yanğın: 9 ölü

Tikiş fabrikində yanğın: 9 ölü
  09 Oktyabr 2013    Oxunub:1145
Yanğından 50 nəfər zərər çəkib və həlak olanların sayı arta bilər.
Banqladeşdə tikiş fabrikində baş vermiş yanğın nəticəsində ən azı doqquz nəfər dünyasını dəyişib. AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Yerli KİV-lər bildirir ki, yanğından 50 nəfər zərər çəkib. Yanğın paytaxt Dəkkənin yaxınlığında yerləşən Qazipur şəhərində baş verib. Ehtimal edilir ki, həlak olanların sayı arta bilər. Banqladeşdə işçilərin təhlükəsizliyinin təmin edilməsi standartları o qədər ürəkaçan deyil. Bu ilin aprelində 8 mərtəbəli fabrik binasının uçması nəticəsində 1100 adam dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti