Nazir jurnalistlərin oğurlandığını açıqladı

Nazir jurnalistlərin oğurlandığını açıqladı
  09 Oktyabr 2013    Oxunub:1071
Fransanın baş naziri Jan Mark Eyro iki fransız jurnalistin Suriyada oğurlandığını deyib.
AzVision.az xəbər verir ki, yerli radiostansiyanın efirində çıxış edərkən Fransanın baş naziri Jan Mark Eyro bildirib ki, itmiş həmyerlilərin sağ olması barədə hökumətdə məlumatlar vardır. Lakin iki itkin düşmüş müxbir barədə əvvəl heç bir məlumat verilməmişdi.

Müsahibə zamanı baş nazir bu məlumatı bilməyərəkdən ağzından qaçırıb. Baş nazirdən iyunun 6-da oğurlanmış radiojurnalistlər - Didye Fransua və Edvard Eliasın taleyi barədə soruşulub. Jan Mark Eyro isə müxbir Nikolya Enen və fotoqraf Pyer Torres haqqında informasiya olduğunu vurğulayıb. Halbuki, daha əvvəl bu şəxslər itkin düşənlərin siyahısına daxil edilmirdi.

Fransa Xarici İşlər Nazirliyi müsahibədən sonra bəyanatla çıxış edərək bildirib ki, Enen və Torresin oğurlanması barədə onların qohumlarının xahişi ilə heç bir açıqlama verilmirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti