Pərviz Müşərrəf yenidən həbs olundu
Pakistanın Ali Məhkəməsi Pərviz Müşərrəfi girov müqabilində azad edib.
Xatırladaq ki, 2013-cü ilin martında Pərviz Müşərrəf hakimiyyətin qəsb edilməsi, vətənə xəyanət, Ali Məhkəmənin qanunsuz buraxılması və məhkəmədənkənar cəzaların təşkili ittihamları ilə həbs edilmişdi. Sonralar Pərviz Müşərrəfi ölkənin sabiq baş naziri Bənazir Bhuttonun qətlində də ittiham etdilər.