Pelenin nəvələri babalarını məhkəməyə verdi

Pelenin nəvələri babalarını məhkəməyə verdi
  11 Oktyabr 2013    Oxunub:1423
Əfsanəvi braziliyalı futbolçu Pelenin nəvələri babalarını məhkəməyə veriblər. Onlar babalarından tərbiyə üçün xərclərə görə təzminat tələb edirlər.
Azvsison.az xəbər verir ki, “Diario de Sao Paulo” qəzetinin məlumatına görə, iddiaçılar “futbol kralı”nın qızı Sandra Reginanın 13 və 15 yaşlı oğullarıdır. Onların anaları 2006-cı ildə döş xərçəngindən dünyasını dəyişib.

İddia ərizəsinə görə, Oktavio və Qabriel adlı yeniyetmələr tibbi sığorta və təhsil xərclərinə görə təzminat şəklində hər birinə 13,5 min real (6 min dollar) istəyirlər. Uşaqların vəkili Klaudio Forsselin sözlərinə görə, Pele nəvələri ilə görüşdən imtina edir və onları sonuncu dəfə 2011-ci ildə görüb.

Sandra Regina Pelenin nikahdan kənar münasibətindən dünyaya gəlib. O, uzun məhkəmə çəkişməsindən sonra qızı öz övladı kimi qəbul edib. Məşhur futbolçu nikahdan kənar övladına həvəssiz münasibət göstərib. Bu, Sandra Reginanın “Kralın istəmədiyi qız” kitabında da öz əksini tapıb.

Pele kimi tanınan Edson Arantis du Nasimentanın oktyabrın 21-də 73 yaşı olacaq. O, üçqat dünya çempionudur. 1990-cı illərin ikinci yarısında Pele Braziliyanın gənclər, turizm və idman naziri olub. Pele kino aktyoru, televiziya şərhçisi, iş adamı kimi də tanınır.


Teqlər:  





Xəbər lenti