ATƏT missiyasının üzvü: `ATƏT-in hesabatı həqiqətə uyğun deyil`

ATƏT missiyasının üzvü: `ATƏT-in hesabatı həqiqətə uyğun deyil`
  11 Oktyabr 2013    Oxunub:1149
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qısamüddətli müşahidəçi missiyasının üzvü Oleksandr Stoyan təşkilatın Azərbaycanda keçirilən seçkilər haqqında ilkin hesabatı barədə hiddətini bildirib və qeyd edib ki, bu həqiqətə uyğun deyil.

Stoyan söyləyib ki, onu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətinin üzvü kimi hesabatın məzmunu ilə qabaqcadan tanış etməyiblər: “Mənim üçün bu çox anlaşılmaz hərəkətdir, çünki hamımız axşam seçkilərin gedişatı barədə yazılı fikrimizi bildirmişik. Həmkarlar da seçkilər haqqında müsbət fikir söyləyiblər. Amma bu gün mətbuat konfransında hesabatın məzmunu eşitdikdə bu mənim üçün sürpriz oldu. Tam əminliklə söyləyə bilərəm ki, seçkilər şəffaf, azad və ədalətli olub. Heç bir ölkə mükəmməl deyil, hər yerdə çatışmazlıqlar var, amma Azərbaycanda demokratiya inkişaf edir” - o deyib.

O.Stoyan həmçinin bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda Ukraynanın daimi nümayəndəsi kimi bu məsələni ATƏT-in Baş Assambleyasının Çernoqoriyada keçiriləcək növbəti sessiyasında mütləq qaldıracaq və bu hesabatın məzmunu haqqında izahat tələb edəcək.

Müxalifət nümayəndələrinin səsvermənin gedişatı haqqında onların fikirləri ilə maraqlanması barədə suala cavab verərək, O.Stoyan vurğulayıb ki, seçkilərin monitorinqini həyata keçirən bütün müşahidəçilərlə söhbət edib, lakin onlar da bu barədə heç bir söz söyləməyib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin hesabatını qərəzli və missiya üzvlərinin fikirlərini əks etdirmədiyini düşünürəm” - o deyib. O.Stoyan həmçinin prezidentliyə müxalifət namizəd Cəmil Həsənlinin Azərbaycan hökumətinin xarici müşahidəçilər tərəfindən pulla ələ alınması ilə bağlı ittihamını şərh edib.

“Bu ittihamları təkzib edirəm, çünki mənə şəxsən heç kim pul təklif etməyib. Hətta yüz qram arağa belə qonaq etməyiblər, siz rüşvət haqqında danışırsınız. Mən seçkilərlə bağlı real vəziyyəti qiymətləndirmişəm və ünsiyyətdə olduğum ölkə vətəndaşlarının çoxunun İlham Əliyevi dəstəklədiyinin şahidi olmuşam. Niyə kiməsə görə öz fikrimi dəyişməliyəm? Bir daha deyirəm ki, bu mətbuat konfransında göstərilən faktlar həqiqətləri əks etdirmir” - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvü əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti