Suriya üsyançıları ittiham olundu
İnsan Haqları Bürosu bildirib ki, hadisə avqust ayının 4-18-də Latakiya əyalətində baş verib. Birinci gün üsyançılar Latakiya əyalətində hökumət qoşunlarının mövqelərini yararaq 10 kəndi tutublar və orada yaşayan dinc ələvilərin kütləvi edamına başlayıblar. Qırğın zamanı hətta bütöv ailə öldürülüb.
Human Rights Watch-un məlumatına görə, zorakılığın arxasında təxminən 20 müxtəlif qruplaşma dayanır. Qırğının törədilməsində “Əl-Qaidə” və “Əl-Nusra Cəbhəsi” qruplaşmasının barmağı olduğu iddia olunur.
AzVision.az
Teqlər: