Ərdoğan Yanukoviçə `da` dedi-VIDEO

Ərdoğan Yanukoviçə `da` dedi-VIDEO
  11 Oktyabr 2013    Oxunub:1131
Şən zarafatları ilə ad çıxaran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yenə güldürməyi bacarıb.
Bu dəfə o, Ukrayna prezidenti Viktor Yanukoviçlə birgə keçirdiyi mətbuat konfransında zarafatından qalmayıb. Əvvəlcə liderlər müzakirə edilən məsələlərin detalları barədə jurnalistləri məlumatlandırıb.

Məlum olub ki, hər iki ölkə vətəndaşları üçün vizasız gediş-gəlişi təmin edən sənəd yenidən işlənib hazırlanacaq.

`60 gün üçün söz verdim` deyən Erdoğana Ukraynalı lider `Biz də bu istiqamətdə iş aparırıq` deyə cavab verib. Erdoğan ise bu sözə qarşılıq olaraq Rusça "bəli" anlamına gələn "Da" deyib.

Ukrayna prezidenti əvvəl eşitdiyinə inanmasa da, sonradan o da türk baş nazirə eyni qarşılıq verib.



S.Həsənova


Teqlər:  





Xəbər lenti