İranın iqtisadiyyat naziri ABŞ-a gedib

İranın iqtisadiyyat naziri ABŞ-a gedib
  12 Oktyabr 2013    Oxunub:1118
Azvsison.az xəbər verir ki, İranın iqtisadiyyat naziri ABŞ-a yola düşüb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Əli Teyyubniyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 11-13-də Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının birgə keçirəcəyi toplantıda iştirak edəcək.

Yığıncaq Dünya Bankının bir sonrakı il üçün izləyəcəyi strategiyaları müəyyənləşdirmək və beynəlxalq maliyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün təşkil edilir.



Teqlər:





Xəbər lenti