Aİ məmurları işdən çıxardır, maaş və pensiyaların isə dondurur
Agentliyin nümayəndəsi demişdir: “Yeni qərarda nəzərdə tutulur ki, Aİ-də ümumi daxili məhsul 3 faizdən çox azalarsa, əmək haqqı artırılmır”.
O həmçinin bildirmişdir ki, 2014-cü il yanvarın 1-dən Aİ təsisatlarının məmurları üçün 6 faiz həcmində “həmrəylik” vergisi qoyulacaq, yüksək pillənin rəsmi şəxsləri üçün isə bu göstərici 7 faiz təşkil edəcək.
Bundan başqa, Avropa məmurlarının iş həftəsi müddətinin kompensasiya ödənilmədən 37,5 saatdan 40 saatadək artırılması nəzərdə tutulub. Pensiya yaşı 63 yaşından 65 yaşınadək artırılır. Özü də Aİ Şurası mətbuat xidmətinin əməkdaşı bildirib ki, məmur “işin xeyrinə” 67 yaşınadək, müstəsna hallarda isə 70 yaşınadək işləyə bilər. O bildirib ki, bundan başqa, 2013-2017-ci illər dövründə Aİ təsisatları işçilərinin ştatını 5 faiz azaltmaq qərara alınıb.
Aİ qulluqçusunun minimum əmək haqqı ayda 2600 avro, maksimum əməkhaqqı isə 18000 avro təşkil edir. 55 min nəfərdən ibarət bürokratik maşının saxlanmasına, müxtəlif məlumatlara görə, Avropa İttifaqının büdcəsindən 3 faizdən 6 faizədək vəsait sərf olunur.
İslahatdan narazı olan, böhranla əlaqədar artıq bu ildən əmək haqqı indeksasiyası dondurulmuş Avropa məmurları Brüsseldə dəfələrlə tətillər keçirib.
Teqlər: