Saakaşvili: Gənclərimiz erməniləşdirilmiş Gürcüstanda yaşamayacaq
Ziyarət zamanı kitabxanaya gürcü diplomat Gela Çarkviani gəlib. Prezident Gela Çarkvianini “Müqəddəs Georgiy” ordeni ilə təltif edərək diplomatın ünvanına xoş sözlər söyləyib: “Gela Çarkviani bir çox nəsilləri azadlıq, demokratiya ruhunda yetişdirib. Özü də bunu həmin dəyərlərin dəbdə olmadığı və təhlükə kimi qəbul olunduğu vaxtda edib. Ümid edirəm ki, Gürcüstanda yetişən gənc nəsil heç vaxt elə ağır şərtlər altında yaşamayacaq. Qoy, gənclərimiz nə Avrasiya Ittifaqında, nə də daxili siyasəti erməniləşdirilmiş ölkədə yaşasınlar. Biz Avropada yaşayacağıq”.
Ekspertlərin fikrincə, erməniləşdirilmiş daxili siyasət dedikdə Saakaşvili bugünlərdə Rusiya, Belarus və Qazaxıstanla Gömrük Ittifaqına daxil olmağa qərar verən Ermənistanı nəzərdə tutub. Maraqlıdır ki, Gürcüstanın baş naziri Bidzina Ivanişvili açıqlamalarının birində bildirmişdi ki, eyni anda həm Rusiya, həm də NATO ilə yaxşı münasibətlər quran Ermənistanın daxili siyasəti Tbilisiyə nümunə ola bilər.