Xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb

Xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb
  28 İyun 2018    Oxunub:1954
Son 5 ildə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı azalıb.
AzVision.az xəbər verir ki, Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə enib.

Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb.

2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569 olub.

Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır.

2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə enib.

Azərbaycan vətəndaşları təhsil almaq üçün daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər.

2017-2018-ci tədris ili üzrə məlumata əsasən, Böyük Britaniyada 289 (5 il əvvəl 499), Almaniyada 188 (5 il əvvəl 351), Kanadada 137 (5 il əvvəl 179), Niderlandda 98 (5 il əvvəl 67) tələbə dövlət xətti ilə təhsil alır.

AzVision.az


Teqlər: Təhsil   Xaric  





Xəbər lenti