Rusiya Federasiya Şurasının növbədənkənar iclası çağırılıb

Rusiya Federasiya Şurasının növbədənkənar iclası çağırılıb
  16 Oktyabr 2013    Oxunub:1279
Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası oktyabrın 30-da Moskvanın Qərbi Biryulevo rayonunda yaranmış vəziyyətin və ümumən ölkədə millətlərarası münasibətlərin müzakirəsi üçün növbədənkənar iclas keçirəcək.
AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, toplantıya daxili işlər naziri Vladimir Kolokoltsev də dəvət olunacaq.

Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerov yığıncaqda Qərbi Biryulevo da daxil olmaqla, regionlarda ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində görülən tədbirləri, eləcə də Rusiyada millətlərarası münasibətlərin durumunu müzakirə edəcəklərini bildirib.


Teqlər:





Xəbər lenti