“Pokrov” bazasının direktoru axtarışa verildi

“Pokrov” bazasının direktoru axtarışa verildi
  17 Oktyabr 2013    Oxunub:1272
Bazanın direktoru və onun müavini qeyri-qanuni yolla işçi qüvvəsi cəlb etdiklərinə görə təqsirləndirilirlər.
Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının direktoru barəsində axtarış elan olunub. AzVision.az RBK - ya istinadən xəbər verir ki, bazanın direktoru və onun müavini qeyri-qanuni yolla işçi qüvvəsi cəlb etdiklərinə görə təqsirləndirilirlər. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.

Artıq Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb.

Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub. Malı bazadan buraxılmayan azərbaycanlı sahibkarlar baza administrasiyasının qarşısında aksiya keçiririblər


Teqlər:





Xəbər lenti