Ruslarla miqrantlar arasında növbəti qarşıdurma

Ruslarla miqrantlar arasında növbəti qarşıdurma
  17 Oktyabr 2013    Oxunub:1445
Biryulevo rayonunda yerli sakinlərlə miqrantlar arasında növbəti qarşıdurma yaranıb
Rusiyanın Biryulevo rayonunun qərbində Medınski küçəsində dünən gecə bir qrup maskalı şəxs asiyalı görünüşə malik kişi və qadına hücum edərək onları döyüb.

Bu barədə “Life News”a Biryulevo rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə nəticəsində kişi çoxsaylı xəsarətlər alıb və burnu sınıb. Müxtəlif dərəcəli xəsarət alan qadının qabırğası da sındırılıb.

Xəsarət alan hər iki şəxs yerli xəstəxanaya yerləşdiriblər.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Rusiyada yerli sakinlərlə gəlmələr arasında qarşıdurmalar yaranır. Qarşıdurmalar nəticəsində 400-dən çox insan saxlanılıb və daha çox xarici miqrantların çalışdığı tərəvəz bazarı isə bağlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti