Ermənilər Qarabağı tərk edir

Ermənilər Qarabağı tərk edir
  17 Oktyabr 2013    Oxunub:1211
Gənc ermənilər Azərbaycan torpaqlarını kütləvi şəkildə tərk edirlər-Le Monde.

Ağır iqtisadi çətinlik ucbatından ermənilərin “böyük köçü” davam edir. Bu köçün fonunda erməni gəncləri işğal altında olan Dağlıq Qarabağ torpaqlarını kütləvi şəkildə tərk etməyə başlayıblar. Onların əksəriyyəti Rusiyaya üz tuturlar. Əsas səbəb isə iş yerlərinin çatışmamasıdır. Bu barədə Fransanın” Le Monde” jurnalında məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, bir il əvvəl Rusiyadan Şuşaya geri dönən 29 yaşlı Suren yenidən qayıtmağa hazırlaşır.

“Gəldim ki, evimiz satım, ailəmlə birgə yenidən Rusiyaya qayıdacağam. Ermənistandan fərqli olaraq orada bizə daha çox hörmət edirlər. Lakin bizim ölkəmiz (separatçı rejim-red.) letargiya xəstəsidir. Dağlıq Qarabağda inkişaf dayanıb. “Hökumət” əsasən öz mənafelərini güdən biznesmenlərdən ibarətdir. Onlar amansızlıqla insanları “yarı yolda qoyurlar”-deyə gənc erməni şikayətlənir.

Fransa mətbuatı həmçinin qeyd edir ki, 20% Azərbaycan torpağı, Dağlıq Qarabağ və ətraf 7 rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycan torpaqlarını tərk etmələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan tərəfi bu qətnamələrə əməl etməkdən boyun qaçırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti