İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?
  19 İyul 2018    Oxunub:4395
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dünən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. O bildirib ki, həmçinin canlı yayım vasitəsilə abituriyentlərin sualları cavablandırılacaq.

“Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Yaxın 2-3 gün ərzində imtahan nəticələri açıqlanacaq. Həmçinin iyulun 20-də həm “Facebook”, həm də “Youtube” vasitəsilə canlı yayımımız olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti