Dövlət qulluğuna qəbul üçün müsahibələr başa çatıb

Dövlət qulluğuna qəbul üçün müsahibələr başa çatıb
  20 İyul 2018    Oxunub:5137
Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 14 və 15-də elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində Aparat rəhbərinin müavini - şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.

Qeyd olunan dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 20 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 21 nəfər qeydiyyatdan keçib. Mədəniyyət Nazirliyi üzrə keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvəffəqiyyət göstəricisi 100%-dir. Ümumilikdə isə müsahibədə iştirak edən namizədlər arasında 17 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 2 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 2 namizəd isə müsahibədə iştirak etməyib.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti