"700 bal topladığıma inanmadım" - Rekordçu abituriyent

"700 bal topladığıma inanmadım" - Rekordçu abituriyent
  23 İyul 2018    Oxunub:28229
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında IV ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərdən biri Bakı şəhəri 6 saylı orta məktəbin məzunu Nərmin Əhədovadır.
Sevinc təəssüratlarını AzVision.az-la bölüşən Nərmin ilk imtahanda 657 bal topladığını və əsasən biologiya fənni üzrə səhvlər etdiyini deyib.

“İkinci imtahana qədər hazırlaşdım və yüksək nəticə göstərdim. Sınaqlarda da həmişə 660-dan çox bal toplayırdım. Qəbul imtahanından sonra sualları müəllimlərimlə yoxlayırdıq və hər biri düz çıxırdı. 700 ola biləcəyimn deyəndə bir qədər duruxdum. Sonra cavablar açıqlananda inanmadım. Çox gözəl təəssüratdır. Həm də məktəbimizdə ilk 700 bal toplayan şagirdəm. Müəllimlərim, direktorum bu uğuruma çox sevindilər, onların da üzərimdə əməyi çoxdur”, - rekordçu abituriyent deyib.

2 il repetitor yanında hazırlaşan N.Əhədova təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsi üzrə davam etdirmək, II kursdan sonra isə Almaniyada oxumaq niyyətindədir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   İmtahan   700-bal  





Xəbər lenti