Con Kennedinin qızı ABŞ-ın Yaponiyadakı səfiri təyin edilib - FOTO
18 Oktyabr 2013
Oxunub:3681
ABŞ parlamentinin yuxarı palatası keçmiş prezident Con Kennedinin qızının ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə təyin edilməsinə yekdilliklə səs verib. Kerolayn Kennedi ABŞ-ın Yaponiyada ilk qadın səfiri və Kennedilər ailəsinin bu vəzifəyə təyin edilmiş üçüncü nümayəndəsidir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, K.Kennedinin namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən onun ikinci müddətə seçilməsi kampaniyasında göstərdiyi fəallığa görə irəli sürülüb. Senat yanında xarici işlər komitəsi onun namizədliyini ilkin olaraq sentyabrın 30-da bəyənib. Təyinat ərəfəsində Senatda aparılan dinləmələr zamanı K.Kennedi səfir vəzifəsində olduğu müddətdə mərhum atasının başladığı işi davam etdirəcəyini vəd verib.
K.Kennedi 2009-cu ildə Nyu-York ştatından senator yeri uğrunda mübarizəyə başlamış, lakin sonra namizədliyini geri götürüb.
Yaponiya hökumətində C.Kennedinin qızının ABŞ-Yaponiya qarşılıqlı münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacağına inanırlar.