DİM-də Apelyasiya Komissiyası yaradılıb

DİM-də Apelyasiya Komissiyası yaradılıb
  27 İyul 2018    Oxunub:12902
İyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.
DİM-dən AzVision.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər komissiyaya iyulun 27-si, 30-u və 31-i saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə şəxsən müraciət edə bilərlər.

Apellyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda qeydə alınmış digər hallarla bağlı müraciətlərə baxılmır.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti