“Repetitor yanına getməmişəm” - 700 bal toplayan Selcan

“Repetitor yanına getməmişəm” - 700 bal toplayan Selcan
  30 İyul 2018    Oxunub:16024
Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin məzunu Selcan Məmmədlidir.
Sevinc təəssüratlarını AzVision.az-la bölüşən S.Məmmədli 700 bal yığması haqda ilk xəbəri təhsil şöbəsinin müdirindən öyrəndiyini deyib.

"Çox sevindirici xəbər idi, sözlə ifadə etmək mümkün deyil. Qeyd edim ki, xüsusi repetitor yanına getməmişəm. Məktəbdə yüksək qiymətlərlə oxumuşam və 11 il müddətində əlaçı olmuşam. Bir sözlə, məktəb müəllimləri və bəzi fənlərdən qohum müəllimlərin yanına getmişəm. Olimpiadalarda iştirak edirdim, amma özüm hazırlaşdığım üçün bütün diqqətimi qəbul imtahanına verirdim".

S. Məmmədli yaz qəbul imtahanında 690 bal toplayıb. O, ədəbiyyat fənni üzrə iki texniki səhv nəticəsində 700 bal toplaya bilməyib.

"Suallar mənim üçün o qədər də çətin olmayıb. Bütün sualları rahat cavablandıra bilirdim. Sadəcə iki texniki səhv məni 700-dən ayırdı. Buna baxmayaraq, ikinci imtahanda daha diqqətli olub, maksimum nəticə əldə etdim".

Rekordçu qız Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almaq istədiyini qeyd edib.

AzVision.az


Teqlər: 700-bal   İmtahan  





Xəbər lenti