Azərbaycan məktəblilərindən növbəti uğur

Azərbaycan məktəblilərindən növbəti uğur
  30 İyul 2018    Oxunub:12952
İyulun 19-dan 29-dək Çexiya və Slovakiya respublikalarında şagirdlər arasında keçirilən 50-ci beynəlxalq kimya olimpiadasında (İCHO 2018) məktəblilərimiz növbəti uğur qazanıblar.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanı olimpiadada 4 şagird təmsil edib.

Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Ramil Babazadə olimpiadanın gümüş, Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallarına, kimya-biologiya təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev həvəsləndirici sertifikatına layiq görülüblər.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti