"Qalatasaray"- Mançini və ilk qələbə - FOTO, VIDEO

"Qalatasaray"- Mançini və ilk qələbə - FOTO, VIDEO
  20 Oktyabr 2013    Oxunub:1510
"Qalatasaray" Mançini ilə ilk qələbəsini qazandı
AzVision.az xəbər verir ki, Türkiyə çempionatının 8-ci turunda "Qalatasaray" doğma azakeşləri önündə "Kardemir Karabükspor"-u qəbul edib. Oyun "Cimbom"un hücumlarıyla başlayıb. Bunun nəticəsində 41-ci dəqiqədə Burak Yılmazın asisstent ilə Uesli Snayder topu boş qapıya göndərib. "Qalatasaray" ilk hissəni bu hesabla öndə tamamlayıb. (1:0)

Oyunun 52-ci dəqiqəsində Lua Luanın ortasında qonaqların hücumçusu Akpalanın baş zərbəsində Muslera topu götürüb, amma təkrar zərbədə qonaqlar hesabı bərabərləşdirib (1:1)

53-cü dəqiqədə "Kardemir Karabükspor"un oyunçusu Puygrenier Sebastien Burak Yılmaza sərt faul eləyib. Hakim Sebastiena qırmızı vərəqə göstərib və qonaqlar meydanda 10 nəfərlə qalıb.

Bundan sonra "Qalatasaray"ın hücumları səngiməyib.

Bunun səmərəsini 83-cü dəqiqədə görüb. Uesli Sneyder gözəl zərbəsi ilə yekun nəticəni deyib (2:1).

Qalereya




Teqlər:





Xəbər lenti