ABŞ Pakistana yardım ayırır

ABŞ Pakistana yardım ayırır
  20 Oktyabr 2013    Oxunub:1122
ABŞ Pakistana 1,6 milyard dollarlıq hərbi və iqtisadi yardım ayıracaq.
ABŞ Pakistana 1,6 milyard dollardan çox hərbi və iqtisadi yardım ayırmağı planlaşdırır. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, yardımın həcminin artırılması iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə əlaqədardır.

Xatırladaq ki, ABŞ-Pakistan münasibətləri Birləşmiş Ştatların respublika ərazisində keçirdiyi antiterror əməliyyatları zamanı pakistanlı əsgərlərin həlak olması və amerikalı xüsusi təyinatlılar tərəfindən Pakistanda yerli hakimiyyətlə razılaşdırmadan "əl-Qaidə" lideri Üsamə bin Ladenin məhv edilməsi ilə əlaqədar pisləşmişdi. Nəticədə ABŞ Pakistanda bir sıra yardım proqramlarına maliyyə dəstəyini dayandırmışdı.

Qeyd edək ki, oktyabrın 23-də Ağ evdə ABŞ Prezidenti Barak Obama ilə Pakistanın Baş naziri Nəvaz Şərifin görüşəcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti