Abituriyentin 596 balla kəsilməsinə DİM-dən münasibət: "Fotoşopdur"

Abituriyentin 596 balla kəsilməsinə DİM-dən münasibət: "Fotoşopdur"
  16 Avqust 2018    Oxunub:17078
Dövlət İmtahan Mərkəzi (DİM) 596 bal toplayan abituriyentin ali məktəbə qəbul olmaması ilə bağlı məlumata münasibət bildirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzVision.az-a açıqlamasında bildirib ki, İbrahim Əsgəri adlı abituriyentin yığdığı bal həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, adı çəkilən şəxs az bal topladığı üçün ali məktəbə qəbul olunmayıb: “Fotoşopla müdaxilə olunub. Təbii ki, həmin abituriyentin balı aşağı olduğuna görə, o, müsabiqədən keçməyib. Sadəcə olaraq təhsil eksperti məlumatı dəqiqləşdirmədən yazıb. Biz dərhal araşdırıb gördük ki, skrin saxtadır. İbrahimin nə özü , nə də valideyinləri bizə müraciət ediblər. Biz nəticə barədə rəsmi arayışı göstərə bilərik. Abituriyentlər bəzən valideyinlərini aldadırlar. İddia edirlər ki, yüksək bal toplayıblar. Belə müraciətlər əvəllər də olub”.

Qeyd edək ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında paylaşıb. Onun sözlərinə görə, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Buna baxmayaraq o, heç bir ali məktəbə qəbul ola bilməyib.

“Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti