Ermənistanda konfrans zamanı QALMAQAL
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Diskriminasiya, ksenofobiya və dözümsüzlüklə mübarizə” adlı konfransı açıq elan etdikdən bir qədər sonra ictimai fəallar üzərində şüarlar yazılmış plakatlarla toplantı zalına daxil olublar.
Aksiyaçılar bildiriblər ki, Ermənistandakı hakim rejim irqçi olduğuna görə hökumət belə mövzuda konfrans keçirə bilməz.
Aksiya iştirakçıları qonaqların qarşısında dayanaraq yarım saata yaxın zalı tərk etməyiblər. Təhlükəsizlik orqanlarının və polisin onları konfransdan çıxartmaq cəhdi baş tutmayıb.
S. Həsənova
AzVision.az