Erməniləri Fransadan qovurlar

Erməniləri Fransadan qovurlar
  21 Oktyabr 2013    Oxunub:1118
Bir neçə il əvvəl müxtəlif yollarla Fransaya gələn erməni ailələri ölkədən çıxarılır.
Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik “Ermənistan xəbərləri” jurnalında erməni ailələrinin Fransadan deportasiyandan bəhs edən məqalədə verilib. Məqalədə bildirilir ki, bir neçə il əvvəl müxtəlif yollarla Fransaya gələn erməni ailələri ölkədən çıxarılır. Artıq Vardanyanların, Xaçaturyanların və Hovanesyanların ailələrindən Fransanı tərk etmələri tələb olunub.

Fransa hökumətinin bu qərarı ilə razılaşmaq istəməyən Vardanyanlar ailəsinin üzvü Arpine yerli jurnalistlərə Ermənistanda dolanışığın həddindən artıq ağır olduğu, işsizliyin gün-gündən atdığı, korrupsiyanın tüğyan etdiyi, dövlət rəsmlərinin şikayətləri qulaqardına vurduğu və əhalinin çox hissəsinin yoxsulluğun son həddində yaşadıqları üçün Fransaya pənah gətirdiklərini açıqlayıb.

Fransanın miqrasiya ilə məşğul olan təşkilatlarını borclu çıxaran məqalə müəllifi rəsmi Parisi mühacir erməniləri ölkədən deportasiya etməklə onların hüquqlarını pozmaqda suçlayır.

Erməni ailələrinin hüquqlarının pozulduğu barədə aləmə car çəkənlər görəsən Ermənistan hərbi qüvvələri tərəfindən silah gücünə doğma torpaqlarından çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyondan artıq azərbaycanlının taleyini niyə düşünmürlər? (azertac)


Teqlər:  





Xəbər lenti