Özlərini yandırmaqla rekord qazandılar-VIDEO

Özlərini yandırmaqla rekord qazandılar-VIDEO
  22 Oktyabr 2013    Oxunub:1159
Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin sakinləri inanılmaz rekorda imza atıblar.
21 nəfərdən ibarət komanda Ginnesin rekordlar kitabına düşmək üçün özünü yandırıb. 31 saniyə yana-yana gəzən 21 insan bununla rekorda sahib çıxa biliblər.

Bu cəhdlə əldə etdikləri pulu Afrikadakı yoxsullara göndərməyi planlaşdıran amerikalılar istəklərinə nail olublar. Xüsusi geyimlərdə bu addımı atan rekordçular heç bir xəsarət almadan tapşırığı yerinə yetirə biliblər.

S. Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti