ABŞ-da səhiyyə islahatları aparılacaq

ABŞ-da səhiyyə islahatları aparılacaq
  22 Oktyabr 2013    Oxunub:1187
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama səhiyyə islahatlarıyla bağlı növbəti çıxışını gerçəkləşdirib.
"Ağ ev"də jurnalistlərin qarşısına çıxan Amerika lideri uzun mübarizədən sonra əldə olunan qələbənin təkcə demokratların deyil, bütün amerikalıların xeyirinə olacağını qeyd edib. Barak Obama bəyan edib ki, səhiyyə islahatlarının həyata keçirilməsinin başlıca məqsədi varlılarla yanaşı kasıb və orta təbəqənin də keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə şərait yaratmaqdır. O, bildirib ki, Amerika heç də təkcə imkanlı şəxslərin ölkəsi deyil.

Bütün amerika xalqının keyfiyyətli səhiyyə xidmətinə ehtiyacı olduğunu qeyd edən "Ağ ev" lideri islahatları sona qədər nəzarətdə saxlayacağını və bunun üçün lazım olan hər cür yardımı göstərəcəyini bildirib. Onun çıxışı zamanı arxasında dayanaraq Obamanın nitqini dinləyən qadınlardan birinin birdən-birə özünü pis hiss etməsi Amerika liderini çıxışını yarımçıq saxlamağa vadar edib.


Teqlər:





Xəbər lenti