Lukaşenko Azərbaycana gəlir

Lukaşenko Azərbaycana gəlir
  22 Oktyabr 2013    Oxunub:1209
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə Lukaşenko MDB ölkələrini KİV rəhbərləri ilə görüşündə bildirib.
Azərbaycana səfər zamanı o, ikitərəfli əməkdaşlıq məsələlərini geniş spektrini Prezident İlham Əliyevlə müzakirə etmək niyyətində olduğunu deyib.

Aleksandr Lukaşenko vurğulayıb ki, Belarus-Azərbaycan münasibətlərində qapalı mövzular yoxdur.
“Bizim ölkəmiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğuna baxmayaraq Azərbaycanla hərbi-texniki sahədə də əməkdaşlıq qururuq”.
A.Lukaşenko İlham Əliyevin prezident seçkilərində qələbəsi münasibətilə Belarus Prezidentinin ona təbriklərini çatdırmağı xahiş etmişdir. Belarus dövlətinin başçısı demişdir: “Mən onu Minskdə gözləyirəm. Biz bəzi problemli məsələlər haqqında söhbət edəcəyik və bu, mənim Azərbaycana səfərim ərəfəsində bir növ hazırlıq söhbəti olacaqdır”.
Belarus Prezidenti daha sonra demişdir: “Mən Bakıya gələndə hərbi-texniki sahədə əməkdaşlıqdan başlamış energetika məsələlərinə qədər bütün istiqamətlər üzrə dialoq aparacağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti