Gürcüstan NATO-ya üzvü olmayacaq
“Gürcüstanın yeni hökuməti NATO-ya qoşulmaq istəyini bəyan etsə də, çox güman ki, gələn il belə olmayacaq. Odur ki, hələlik Gürcüstan-NATO Şurası çərçivəsində əməkdaşlıq edəcəyik”- deyə baş katib qeyd edib.
Xatırladaq ki, 2008-ci il Buxarest görüşündə Gürcüstan və Ukrayna ittifaqa qoşulmağı müsbət dəyərləndiriblər. Buna baxmayaraq, bir müddət sonra Ukrayna heç bir ittifaqa qoşulmamağa qərar verdi.
Elə buna görə də Alyans rəsmi Kiyevlə də Ukrayna-NATO Şurası çərçivəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, bu yaxınlarda NATO və Rusiyanın müdafiə nazirlərinin görüşü gözlənilir.
Ləman Əzizli
AzVision.az